Şahmat üzrə üçqat Avropa çempionu Rauf Məmmədov: Cıdır düzündə olmaq arzum idi
Bakı, 24 sentyabr, AZƏRTAC
“Shusha Chess 2022” turnirinin iştirakçısı, üçqat Avropa çempionu Rauf Məmmədov yarışın rəsmi saytına açıqlama verib.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rauf Məmmədov turnirin Şuşada keçirilməsindən danışıb. O, şəhərə ekskursiyanın onu valeh etdiyini qeyd edib: “Şuşada bütün tarixi məkanları görmək istəyirdim. Cıdır düzündə olmaq arzularımdan biri idi. Cıdır düzündə insan özünü fərqli hiss edir. Qırxa yaxın ölkədə olmuşam, belə təbiət görməmişəm. Şuşa çox gözəldir, şəhər insanı valeh edir”.
Şahmatçı Şuşa turnirinin ənənəvi olmasını arzuladığını deyib: “Şuşada şahmat turnirinin hər il keçirilməsi yaxşı olardı. Əlbəttə bu təşkilatçılardan asılıdır. Amma şahmatçı kimi Şuşada yarışmaq çox gözəl hisslərdi. Növbəti illərdə tanınmış şahmatçıları Şuşada görmək istərdim. Dünya çempionu Maqnus Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı”.
Turnirdəki çıxışına gəlincə R.Məmmədov rapid yarışında o qədər uğurlu olmadığını etiraf edib: “Rapid yarışında 6 xal toplamışam. O qədər uğurlu olmadı. Fikrimcə əsas yarış blitsdə gözlənilir. Blitsdə zəif iştirakçı yoxdur. Hər bir şahmatçı Şuşada yaxşı nəticə göstərmək istəyir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]