Şahmatçılarımız Cəbəllütariqdə keçirilən “Masters” turnirində məğlubiyyətsizlik seriyasını davam etdirirlər
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan şahmatçıları Arkadi Naydiç və Rauf Məmmədov Cəbəllütariqdə təşkil olunan “Masters” turnirində məğlubiyyətsizlik seriyasını uğurla davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, turnirin yeddinci turunda Arkadi Naydiç ispaniyalı Xaime Santos Latas üzərində qələbə qazanaraq xal ehtiyatını 5,5-ə çatdırıb. Bu nəticə ilə turnir cədvəlinin lideri Vladislav Artemiyevdən 0,5 xal geri qalan A.Naydiç hazırda dördüncü pillədədir. Rauf Məmmədov isə rumıniyalı Boqdan Daniel Dik ilə heç-heçə edib. Onun aktivində 5 xal var.
Bu gün keçiriləcək səkkizinci turda A.Naydiç rusiyalı Kiril Alekseenko, R.Məmmədov isə Hindistan təmsilçisi Murali Kartikeyan ilə qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]