Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahruddin Məhəmmədəliyev: “Qarabağ” Türkiyədə bizdən başqa, istənilən komandaya qalib gələ bilər - MÜSAHİBƏ

Şahruddin Məhəmmədəliyev: “Qarabağ” Türkiyədə bizdən başqa, istənilən komandaya qalib gələ bilər - MÜSAHİBƏ

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan millisinin və Türkiyənin “Adana Demirspor” komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev AZƏRTAC-a müsahibə verib.

Türkiyə klubunda işləriniz necə gedir? Yeni komandanıza uyğunlaşa bilirsiniz?

- Şükürlər olsun, hər şey qaydasındadır. Sırf komandaya adaptasiya prosesi normal qaydada gedir. Prinsipcə, Azərbaycan və ingilis dilini bilirəm. Sadəcə, türkcə danışmaq bir az çətindir. Qalan məsələlər qaydasındadır. Türkiyə futboluna isə öyrəşmək lazımdır. Çünki tamam fərqli çempionat keçirilir. Türkiyə Superliqası Azərbaycan çempionatında fərqlənir. Burada liqa daha güclüdür.

Komandada sizə münasibət necədir?

- Klubda mənə yaxşı münasibət göstərirlər. Türk futbolçular Azərbaycandan olduğumu, İslam dininə ibadət etdiyimi bilirlər və mənə qardaş kimi yanaşırlar. Legioner futbolçularla bağlı da heç bir problem yoxdur. Hər şey əladır.

Türkiyə futbolunda sizi ən çox təəccübləndirən nə oldu?

- Hələlik məni təəccübləndirən nəsə görməmişəm. Hər şeyi dərk edib “Adana Demirspor”a keçmişəm. Yalnız azarkeşləri qeyd edərdim. İnsanlar futbolu çox sevirlər.

Azarkeşlərdən söz düşmüşkən, çempionat matçlarında dolu tribunalar qarşısında oynamaq necədir?

- Bu hissləri “Qarabağ”la avrokubok oyunlarında yaşamışam. Odur ki, belə atmosferi həm səfər, həm də ev matçlarında çox görmüşəm. “Qarabağ” azarkeşləri də bizi yaxşı dəstəkləyirdilər. Adana klubunun çox güclü azarkeş dəstəyi var. İnsanlar futbolla nəfəs alırlar. Adana ölkənin ən əsas futbol regionlarından biridir. Bu mənada, burada oynamaq xoşdur. Ümumiyyətlə, futbol azarkeşlər üçündür. Biz oynayırıq ki, onlar stadionlara gəlsinlər, tribunaları doldursunlar. Tamaşaçısız futbol olmaz. Təəssüf ki, Azərbaycanda insanlar stadionlara az gəlirlər.

“Qarabağ” Türkiyə çempionatında çıxış etsəydi, hansı yer uğrunda mübarizə apara bilərdi?

- Bir az çətin sual oldu. Hansısa oyunu götürsək, düşünürəm ki, “Qarabağ” istənilən türk klubuna qalib gələ bilər. Təbii ki, “Adana Demirspor”dan başqa (gülür). Amma hansı yer uğrunda mübarizə apara biləcəyini deyə bilmərəm.

Ötən tur “Kasımpaşa” ilə matçda meydana çıxmaqla yeni komandanızda debüt etdiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Qapıçımız qırmızı vərəqə ilə meydandan qovulduğu üçün dərhal oyuna daxil oldum. Əslində danışılası xüsusi bir şey yoxdur. Təəssüratlar müsbət deyil. Çünki komandamız uduzdu. Heç vaxt şəxsi ambisiyalarımı komandadan üstün tutmamışam. Hətta meydana çıxmasaydım belə, fikirlərim dəyişməyəcəkdi. Çünki məğlub olduq.

Matçdan sonra baş məşqçi Patrik Klyuvertlə söhbətiniz oldu? Sizin çıxışınızdan razı qalıb?

- Xeyr, heç kimlə belə bir danışığımız olmadı. Sadəcə, “afərin” dedilər, bu qədər.

“Adana Demirspor” klubu əcnəbi qapıçısı Qoran Karaçiçlə yollarını ayırdı. Yəqin ki, bu hadisə qolkiper kimi sizi sevindirdi. Artıq daha çox oynamaq şansı qazanacaqsınız...

- Xeyr, bu xəbərə sevinmədim. Ümumiyyətlə, belə şeylərə fikir vermirəm. Hətta mən komandaya yeni gələndə Karaçiç düşərgədə deyildi. Birlikdə bir məşq belə keçmədik. Ona görə də bu ayrılıq məni nə sevindirir, nə də kədərləndirir.

“Qarabağ”ı “Adana Demispor”a dəyişməyi karyeranızda geriyə addım hesab etmirsiniz?

- Əlbəttə, yox. Azərbaycan çempionatından Türkiyə Superliqasına keçidimi necə geri addım hesab edə bilərəm?

Mən sırf klubları nəzərdə tuturam...

- Təbii ki, “Qarabağ” böyük klubdur. Bu komandada Qurban Qurbanov kimi baş məşqçi ilə işləmək, o cür futbolçularla oynamaq çox yaxşı idi. Amma hər zaman daha rəqabətli və güclü liqaya can atmaq lazımdır. Amma “Adana Demirspor”u zəif klub hesab etmirəm. Əksinə, Türkiyənin ən böyük komandalarından biridir.

Türkiyə Superliqasının reqlamentinə əsasən, üçüncü turdan təxirə salınmış matçda “Beşiktaş”a qarşı oynaya bilməyəcəksiniz. Buna görə məyussunuz?

- Bəli, məyusam. Amma bunu əvvəldən bilirdim. Təqribən 10 gün əvvəl bu barədə mənə məlumat vermişdilər. Hətta “Kasımpaşa” ilə oyuna gedərkən “Beşiktaş”a qarşı oynamayacağımdan xəbərdar idim.

“Qarabağ”da çıxış edərkən avrokubok oyunları zamanı buraxdığınız səhvlərə görə çox tənqid olunurdunuz. Hətta Ağdam klubunun Çempionlar Liqasında qrupa düşə bilməməsində də sizi günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?

- İndi kimisə tənqid, təhqir etmək çox asanlaşıb. Sosial şəbəkələrdə paylaşım edirsən, özünə müəyyən kütlə toplayırsan. Amma bu, normal deyil. Çünki hər bir insan ağzından çıxan sözə görə məsuliyyət daşımalı və cavab verməlidir. Bu, tək bizdə deyil. Dünya futbolunda da oxşar vəziyyətdir. Məsələn, “Mançester Yunayted”in yeni qapıçısı Andre Onana ötən mövsüm Çempionlar Liqasının finalında oynayıb, İtaliya A Seriyasının qalibi olub. Mövsümün əvvəlidir, həm onun, həm də komandasının oyunu alınmır. İnsanlar sosial şəbəkələrdə qolkiperi təhqir edirlər. Halbuki cəmi 8-9 oyun keçirib. Düşünürəm ki, “Qarabağ”ın Çempionlar Liqasından mənə görə kənarda qaldığını deyənlər futbolu yaxşı bilmirlər. Polşa “Rakuv”unun qapıçısı bizimlə oyunlarda əla çıxış etdi. Amma pley-off mərhələsinin matçlarında gözlənilməz qollar buraxdı. Hətta qolun birini təqribən meydanın mərkəzindən vurdular. Onda belə çıxır ki, “Rakuv” qapıçısına görə qrupa düşə bilmədi? Məncə, belə deyil. Hətta deyərdim ki, “Rakuv” məhz onun sayəsində pley-offa yüksəldi. Tənqid edən insanlar yalnız mənfi cəhətləri görürlər. Çoxdandır belə şeylərə fikir vermirəm. Futboldan başı çıxan insanlar bizim necə əziyyət çəkdiyimizi, çalışdığımızı bilirlər. Heç kim deyə bilməz ki, Şahruddin “Qarabağ”da az məşq edirdi, nəyisə düz etmirdi. Bu mövsüm Çempionlar Liqasında qrupa düşməyimizi daha çox istəyirdim. Amma Allahın öz planı olur. Nə baş verirsə, hamısı yaxşıya doğru olur.

Yığmadan komanda yoldaşınız Renat Dadaşov da Türkiyədə çıxış edir. Bu yaxınlarda “Hatayspor”a keçən futbolçu ilə görüşə bilirsiniz?

- Əslində Türkiyəyə millinin düşərgəsindən birlikdə gəlmişdik. Amma hələ görüşmək imkanımız olmayıb. Çünki vaxt yoxdur. Demək olar ki, hər gün məşqimiz olur. Onlar hazırda İstanbulda məskunlaşıblar. Düşünürəm ki, Mersinə gəldikdən sonra tez-tez görüşə biləcəyik. Onun adına da çox sevinirəm.

Sonda fürsətdən istifadə edib Azərbaycan xalqını təbrik etmək istəyirəm. Şükürlər olsun, ölkəmiz Qarabağda suverenliyini tam bərpa etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər