Şair Taleh Həmidin xatirəsi anılıb
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Binəqədi rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında tanınmış şair Taleh Həmidin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərhum şairin yazıçı dostları, iş yoldaşları, yaradıcılığının pərəstişkarları və ailə üzvləri iştirak ediblər.
Anım tədbiri şairin haqqında çəkilmiş filmin nümayişi ilə başlayıb.
Mərasimdə Binəqədi rayon Yeni Azərbaycan Partiyasının sədri Vüsar İsmayılov, yazıçılar Seyran Səxavət, Səfər Alışarlı, şair Nazim Əhmədli, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov və başqaları çıxış edərək şairin poeziyası, qələmə aldığı poemalar və onların yaradıcılıq xüsusiyyətləri barədə danışıblar.
Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayev, yazıçı Varis, yaxın dostu Anar Əliyev və başqaları Taleh Həmidin səmimiyyəti, xeyirxahlığı barədə bəhs edib, şairlə bağlı xatirələrini bölüşüblər.
Şairin həyat yoldaşı İradə Babayeva Taleh Həmidin xatirəsini əzizi tutduqları üçün mərasim iştirakçılarına təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]