ŞAİRLƏRİMİZ DNEPROPETROVSKDA AZƏRBAYCAN DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRMİŞLƏR
Şairlərimiz Azərbaycan diasporunun nümayəndələri ilə maraqlı görüşlər keçirmiş, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu tədbirlər barədə soydaşlarımıza ətraflı məlumat vermişlər.
Görüşlərdə Ukraynada erməni diasporunun Azərbaycan əleyhinə təbliğatının qarşısının alınmasının vacibliyi vurğulanmış, bu istiqamətdə soydaşlarımızın fəaliyyətlərini genişləndirmək barədə əhəmiyyətli təkliflər səslənmişdir. Ermənilərin yalançı təbliğatına layiqli, faktlara söykənən cavab vermək üçün onlara Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun hazırlayıb nəşr etdirdiyi “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)” kitabı paylanmışdır.
Tədbirlərdə şairlərimizin çapdan yeni çıxmış kitablarındakı vətənpərvərlik və məhəbbət ruhlu şerlərdən oxuduqları parçalar soydaşlarımız tərəfindən hərarətlə qarşılanmışdır.
Qonaqlar avtoqrafları olan kitablarını iştirakçılara hədiyyə etmişlər.