“SALAM, RUSİYA” AKSİYASININ İŞTİRAKÇILARI VƏTƏNƏ QAYITMIŞLAR
Bakı, 6 avqust (AZƏRTAC). “Salam, Rusiya” aksiyası çərçivəsində qonşu ölkədə səfərdə olmuş bir qrup azərbaycanlı gənc avqustun 5-də vətənə qayıtmışdır.
Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan səfər çərçivəsində 14-17 yaş arasında olan azərbaycanlı uşaqlar 9 gün ərzində Rusiyanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanmışlar.
Builki səfərdə, Bakı, Sumqayıt, Şamaxı, Masallı, Balakən və Zaqataladan Rusiyanın tarixi ilə bağlı müxtəlif elm olimpiadalarının və müsabiqələrin qalibləri olmuş 42 nəfər gənc iştirak etmişdir.
Aksiya zamanı uşaqlar Rusiyanın görməli yerləri ilə tanış olmuş, Sankt Peterburq və Velikiy Novqorod şəhərlərinə təşkil olunan ekskursiyalarda iştirak etmişlər.
Azərbaycanlı gənclər Peterqoff sarayında və Ermitajda olmuş, Puşkino və digər tarixi yerlərdə gördüklərindən zəngin təəssüratlarla ayrılmışlar.
Heydər Əliyev adına Beynəlxalq hava limanında uşaqları valideynləri və səfirliyin nümayəndələri qarşılamışlar.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]