SALYAN KÜRÜN REAL TƏHLÜKƏSİNİ YAŞAYIR
Salyan, 5 may (AZƏRTAC). Kür çayında suyun səviyyəsinin artması Salyan əhalisini təlaşa salmışdır.
Sahil boyu ərazidə 2 mindən yuxarı həyət süxur suyu altında qalmış, çiy kərpicdən tikilmiş 10-a yaxın ev, 15-dən artıq yardımçı tikili uçmuş, 100 ev ciddi qəza vəziyyətinə düşmüş, onlarla ailə öz evini tərk edərək qohumlarının yanına köçmüşdür. Şəhərinin “bazar” məhəlləsində, rayonun Çuxanlı, Babazənən, Kürqaraqaşlı kəndlərində və sahilə yaxın digər yaşayış məntəqələrində sakinlər daşqın təhlükəsi ilə üzləşmişlər. Əhali ekoloji təhlükəni qabaqlamaq üçün sahilbərkitmə işlərinə qoşulmuşdur. Fövqəladə Hallar Nazirliyi tərəfindən rayona əlavə 10-a yaxın texnika, xeyli canlı qüvvə gətirilmişdir. Hadisə yerində quraşdırılmış 20-dək su nasosu vasitəsilə həyətlərin suyu çəkilib kollektorlara axıdılır. Kürün sahil bəndlərinin kövrək hissələrinə torpaq doldurulmuş kisələr düzülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]