Salyanda 2 min hektardan çox sahədə yazlıq bitkilər əkilib
Salyan, 13 mart, Mahir Babayev, AZƏRTAC
Salyanda yazlıq bitkilərin əkini davam edir. Əkinə vaxtında və mütəşəkkil başlayan fermerlər dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəkdən və verilən əlavə subsidiyalardan yararlanaraq qısa müddətdə 2 min 139 hektar sahədə yazlıq bitkilər əkiblər.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əkin aparılmış sahələrin 1854 hektarını yonca, 133,5 hektarını kartof, 151,5 hektarını tərəvəz bitkiləri təşkil edir. Həmçinin fermerlər rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 5 min 195 hektar sahədə pambıq əkilməsi üçün dondurma şumu da aparıblar.
Hazırda topaq mülkiyyətçiləri taxıl sahələrində becərmə işləri aparır. Bitki yemləmə gübrəsi və suvarma suyu ilə təmin olunub, alaq otlarından təmizlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]