Salyanda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
Salyan, 7 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. Xəsarət alan Famil Xəlilov xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinin sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 7-də saat 5 radələrində Salyan rayonunun Pambıqkənd kənd sakini Şamxal Babayev aralarında yaranmış mübahisə zəminində həmkəndlisi Famil Xəlilova xəsarət yetirib.
Ş.Babayev törətdiyi cinayət əməlindən sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:06]
Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO
- 06.10.2026 [13:42]