Salyanda koronavirusa qarşı mübarizəyə dair maarifləndirici aksiya keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Salyan Rayon Gənclər və İdman İdarəsi əhalinin koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə mövzusunda maarifləndirilməsi məqsədilə sosial aksiya keçirib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, sosial aksiyada Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllü gənclər tərəfindən vətəndaşlara maarifləndirici broşürlər və tibbi maskalar paylanılıb, əhali COVID-19 pandemiyasına qarşı mübarizə qaydalarına riayət olunması və ondan qorunmaq üçün peyvənd olunmağın vacibliyi barədə məlumatlandırılıb.
Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllü gənclər vətəndaşlara karantin rejiminin tələblərinə əməl etməyi və sanitar-gigiyenik normalara riayət etməyi tövsiyə ediblər. Həmçinin sakinlərə daim ehtiyatlı davranmaq, tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamağın zəruriliyi haqqında məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]