“SALYANOYL” ƏMƏLİYYAT ŞİRKƏTİ YÜKSƏK GÖSTƏRİCİLƏRƏ NAİL OLMUŞDUR
“Azneft” İstehsalat Birliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Kürsəngi və Qarabağlı yataqlarındakı neft quyularının istismarı ilə məşğul olan “Salyanoyl” əməliyyat şirkəti 2004-cü ilin yanvar–aprel aylarında hasilat üzrə tapşırığa 135,2 faiz əməl edərək 126 min 569 ton neft çıxarmışlar.
Şirkətin neftçiləri bu müddətdə qaz istehsalı sahəsində də yüksək göstəricilərə nail olmuş, 28 milyon 49 min kubmetr təbii qaz hasil etmişlər. Bu, tapşırığa 171,8 faiz əməl etmək deməkdir.
Dörd ayda həmin yataqlardan proqnozlaşdırıldığından 32 min 959 ton artıq xam neft, 11 milyon 719 min kubmetr artıq qaz hasil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]