Şamaxıda şəhid Naiq Ələkbərovun xatirəsinə həsr olunmuş cüdo turniri təşkil edilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Şamaxı şəhərində Vətən müharibəsi şəhidi Naiq Ələkbərovun xatirəsinə həsr olunan cüdo üzrə açıq rayon birinciliyi keçirilib.
Azərbaycan Cüdo federasiyasından AZƏRTAC-a bildiriblər ki, 2010-2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışın açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirə paytaxt Bakıdan, Qəbələ və Şamaxı rayonlarından ümumilikdə 14 komanda qatılıb. Şamaxı Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən turnirdə 250-ə yaxın idmançı 9 çəki dərəcəsində mübarizə aparıb.
Qeyd edək ki, gizir Naiq Ələkbərov Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]
Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq
- 09.06.2026 [10:20]
Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]