Samiya Suluhu Şərqi Afrika regionunun ilk qadın Prezidenti seçilib
Qahirə, 19 mart, AZƏRTAC
Tanzaniyanın vitse-prezidenti Samiya Suluhu Həsən Tanzaniyanın Prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, Dar əs Salamda Şərqi Afrika regionunun ilk qadın dövlət başçısının andiçmə mərasimi keçirilib.
Mərhum Prezident Con Maqufulinin vəfatından sonra Tanzaniyaya başçılıq edən 61 yaşlı Samiya Suluhu xalqa müraciət edib və Nazirlər Kabinetinin iclasını keçirib. O, əvvəlki dövlət başçısının inkar etdiyi COVID-19 pandemiyasının qarşısının alınması ilə bağlı tədbirlər görüləcəyini açıqlayıb.
Tanzaniyanın arxipelaqda yerləşən Zənzibar bölgəsindən seçilən ilk dövlət başçısı olan Samiya Suluhu müxtəlif regionlar və tayfalar arasında konsensusun tərəfdarı kimi tanınır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]