SAMUR-YALAMA MİLLİ PARKININ YARADILMASINA DAİR MALİYYƏ ƏMƏKDAŞLIĞI SAZİŞİ İMZALANMIŞDIR
Sazişi Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, Almaniya tərəfindən bu ölkənin respublikamızdakı səfiri Per Kristofer Stançina imzalamışlar.
Sazişə görə, Samur-Yalama milli parkının yaradılmasına birinci mərhələdə Almaniyanın KWF bankının xətti ilə 2 milyon 225 min avro vəsait ayrılacaqdır.
Səfir Per Kristofer Stançina bu qrantın Azərbaycanın sosial-iqtisadi inkişafına, Qafqazda ekoloji zənginliyin qorunub saxlanmasına dəstək xarakteri daşıdığını qeyd etmişdir.
Maliyyə naziri Samir Şərifov bunu Cənubi Qafqaz üçün ekoregional sərvətin mühafizəsi proqramı çərçivəsində Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirmişdir. Bildirilmişdir ki, bu proqram ulu öndər Heydər Əliyevin Azərbaycanda milli parkların yaradılması ilə bağlı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]