Samuxda ağacəkmə aksiyası keçirilib
Samux, 24 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Samuxda "Konstitusiya və Suverenlik İli" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Ziyadlı kəndində, Samux-Kür yolunun ətrafında keçirilən aksiyada Samux Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Aksiya çərçivəsində rayonun iqlim şəraitinə uyğun gələn 300 ədəd həmişəyaşıl ağac əkilib.
Yeni yaşıllıqlar üçün müasir damcı-suvarma sistemi qurulub.