“ŞAMXOR” TANKERİ İKİBORTLU OLACAQDIR
Xəzər Dəniz Gəmiçiliyinin 12 min ton yük götürən “Şamxor” tankeri bir müddətdən sonra xəzərdə və dünya sularında ikibortlu gəmi kimi üzəcəkdir. Hazırda tanker Xəzər Dəniz Gəmi Təmiri İstehsalat Birliyinin Paris kommunası adına baş istehsalat vahidliyində əsaslı təmir olunur.
Birlikdən AZƏRTAC-ın müxbirinə demişlər ki, gəmidə aparılan təmir işləri bir qədər ənənədən kənar, eyni zamanda mürəkkəbdir. Ehtimal olunan neft sızmasının qarşısını almaq üçün tankerə ikinci bort qoyulur. Bu da dənizin ekoloji təhlükəsizliyi baxımından müstəsna əhəmiyyətə malikdir. Təxminən 3 ay çəkəcək təmirdən sonra isə tanker yenə də İpək yolu marşrutu üzrə limanlararası yükdaşıma missiyasını yerinə yetirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:56]
Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 10.08.2026 [18:43]
Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]