COP29
Sanjay Srivastava: COP29-da uyğunlaşma ilə bağlı çox yaxşı layihələr var idi
Bakı, 22 noyabr, AZƏRTAC
COP29-a Aral dənizinə uyğunlaşma üzrə qlobal məqsədi müzakirə, eyni zamanda, itki və zərərlə bağlı bir çox sessiyalarda iştirak etmək üçün gəlmişəm.
Bunlarla bağlı müzakirələr aparmaq mənim COP29 prosesində fəal iştirakım səbəb idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Banqkokda yerləşən Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean regionu üzrə iqtisadi və sosial komissiyasının fəlakət riskinin azaldılması üzrə rəhbəri Sanjay Srivastava söyləyib. O, iştirak etdiyi sessiyaları son dərəcə qənaətbəxş hesab edib: "COP29-da uyğunlaşma ilə bağlı çox yaxşı layihələr var idi. Konfrans yumşaldılma və uyğunlaşmanı bir araya gətirdi. Bu, COP29 konfransının unikallığıdır".