SANKT-PETERBURQ QASTROL SƏFƏRİ
Teatrdan AZƏRTAC-a bildirmişlər ki, səfərdən məqsəd Rusiya Federasiyasında Azərbaycan Respublikası ilinin başa çatması mərasimində iştirak etməkdir. Kollektiv dekabrın 19-da Sankt-Peterburqun möhtəşəm Mariinski adına Dövlət Opera və Balet Teatrının səhnəsində xalq artisti, bəstəkar Polad Bülbüloğlunun yeni “Eşq və ölüm, yaxud ölümlə rəqs edən məhəbbət” baletini tamaşaçılara təqdim edəcəkdir.