Sankt-Peterburqda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin anım tədbiri keçirilmişdir
Bakı, 22 yanvar (AZƏRTAC). Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun təşkilatçılığı ilə bu şəhərdəki Sobor Məscidində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin anım tədbiri keçirilmişdir.
Tədbirdə diasporumuzun fəalları, burada təhsil alan tələbələr, gənclər, həmçinin baş konsulluğun dairəsinə daxil olan vilayətlərdən soydaşlarımız iştirak etmişlər.
Baş konsulluqdan AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur.
Baş konsul Qüdsi Osmanov 20 Yanvar faciəsinin səbəblərini və ağır nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]