SAPARMURAD NİYAZOV: PARLAMENT QƏBUL OLUNAN QANUNLARIN İCRASINA NƏZARƏT ETMƏLİDİR
O, Xalq Məsləhətinin yekun iclasındakı çıxışında demişdir: “Əvvəllər Məclis ancaq qanunlar hazırlamaqla məşğul olurdu, indi biz ona vilayət, ətraf (rayon) Xalq Məsləhətlərinin işinə nəzarət etmək funksiyası da veririk”.
Prezident vurğulamışdır ki, Məclis sahələrə də nəzarət edəcəkdir. Nəticədə hökumət və Məclis birlikdə işləyəcək, yoxlamaları birlikdə keçirəcək və bundan sonra Prezidentə məlumat verəcəklər.
Məclisin sədri Əvəzgəldi Atayev demişdir: “Əlbəttə, nəzarətetmə funksiyaları o demək deyil ki, deputatlar təsərrüfatçıların işlərinə qarışacaqlar. Sadəcə olaraq, biz qəbul etdiyimiz qanunların mükəmməl olub-olmadığı barədə məlumat ala biləcəyik”.