SARATOV VİLAYƏTİNİN QUBERNATORU BƏYAN ETMİŞDİR Kİ, MÜSƏLMANLARIN HÜQUQLARININ POZULMASINA YOL VERMƏYƏCƏK
AZƏRTAC-ın Müstəqil İslam İnformasiya Agentliyindən aldığı xəbərə görə, Saratov vilayətinin qubernatoru Dmitri Ayatskov bəyan etmişdir ki, son həftələr Moskva məscidlərində olmuş hadisələrin vilayətdə təkrarlanmasına yol verməyəcəkdir. D.Ayatskov Volqaboyu Müsəlmanları İdarəsinin imamı Müqəddəs Bibarsovla görüşündə ayrı-ayrı güc qurumlarının vilayətdə yaşayan müsəlmanlara təsir göstərib-göstərməməsi ilə maraqlanmış və belə hadisələrin baş verəcəyi təqdirdə dərhal onu məlumatlandırmağı xahiş etmişdir. Qubernator eyni zamanda müsəlmanları əmin etmişdir ki, Saratov vilayətində onların hüquqlarının pozulmasına yol verilməməsi üçün hər cür tədbirlər görəcəkdir.
Görüşdə vilayətdə dinlə bağlı ümumi vəziyyət də müzakirə olunmuşdur. D.Ayatskov bildirmişdir ki, pravoslavlıq və İslam vilayətin iki əsas konfessiyasıdır. Qubernator Saratov Came məscidinin tikintisi və müsəlmanlara İslamın əsaslarının öyrədilməsi prosesi ilə də maraqlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]