Şaxtalı hava şəraiti Bakıda və Abşeron yarımadasında fevralın 8-dək davam edəcəkdir
Bakı, 4 fevral (AZƏRTAC). Son günlər Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur rejimi çoxillik normadan 7-8 dərəcə aşağıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, şaxtalı hava şəraiti gecə saatlarında Bakıda və Abşeron yarımadasında fevralın 8-dək davam edəcəkdir.
Havanın minimal temperaturunun (gecə) fevralın 5-6-da 3-6, bəzi yerlərdə 9 dərəcəyədək şaxta, fevralın 7-8-də 1-5 dərəcə şaxta olacağı gözlənilir.
Havanın maksimal temperaturu (gündüz) fevralın 5-də 0-3 dərəcə isti, fevralın 6-da 0 dərəcəyə yaxın, fevralın 7-də 1-4 dərəcə isti, fevralın 8-də isə 4-7 dərəcə isti olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]