Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdə iki kiloqram heroin aşkarlanıb
Bakı, 12 mart, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin və 8-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Elgün Həsənov tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun üzərində iki büküm, yaşadığı evdən isə əlavə olaraq iki kiloqramdan çox heroin aşkarlanıb. E.Həsənov ifadəsində narkotik vasitələri satmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində rayon polis idarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.
E.Həsənovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]