Seçici: Ukraynada Azərbaycan vətəndaşları Zəfər seçkisinin sevincini yaşadılar
Kiyev, 7 fevral, AZƏRTAC
Bu gün mən özümü şanslı seçici hesab edirəm, çünki Zəfər seçkisində səs verirəm. İlk dəfə olaraq bütün Azərbaycanda, işğaldan azad olunan ərazilərdə, o cümlədən Xankəndi və Şuşada səsvermə keçirilib.
Bunu AZƏRTAC-a açıqlamasında Ukraynada tanınmış onkoloq-cərrah Rahim Aslanov söyləyib.
“Fəxr edirik ki, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan Azərbaycanın bütün guşələrində bu gün prezident seçkiləri keçirilir. Ukraynada da qalib ölkənin vətəndaşları qürur hissi ilə məntəqəyə gələrək səsvermədə iştirak etdilər”, - deyə seçici vurğulayıb.
O qeyd edib ki, Ukraynada müharibə şəraitinə baxmayaraq ölkənin uzaq bölgələrindən olan vətəndaşlarımız Kiyevə gələrək səsvermədə iştirak etdilər. Bu da Zəfər seçkisinin özəlliyidir. Ukraynada Azərbaycan vətəndaşları Zəfər seçkisinin sevincini yaşadılar.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]
Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]