SİYASƏT
Seçkilərin müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi Ukrayna mətbuatında xüsusi vurğulanıb
![](/files/galleryphoto/2024/1/1200x630/17073086011414345990_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073086011464443160_1200x630.jpg)
Kiyev, 7 fevral, AZƏRTAC
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri Ukrayna mətbuatının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, “Ukrinform”, UNİAN informasiya agentliklərində Azərbaycanda keçirilən seçkilərlə bağlı səsvermənin başladığı qeyd olunur.
Məlumatlarda seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi xüsusi vurğulanıb. Həmçinin bildirilib ki, seçkilərdə 7 namizəd mübarizə aparır. Ölkədə 6319-u daimi, 218-i müvəqqəti olmaqla, ümumilikdə 6537 seçki məntəqəsi yaradılıb. Azərbaycan ərazisində səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev