Sədaqət Qəhrəmanova: Məişət zorakılığı törədən şəxslər məcburi qaydada reabilitasiya keçməlidirlər
Bakı, 21 dekabr, AZƏRTAC
İki ildən artıq idi ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin üzərində işləyirdik. Qanuna dəyişikliklərin edilməsi zəruridir.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dekabrın 21-də keçirilən iclasında deyib.
Məişət zorakılığının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edən S. Qəhrəmanova deyib: “Əsas məsələlərdən biri də profilaktik işlərin aparılmasıdır. Ailə, Qadın və Uşaq Problemləri Komitəsi bu istiqamətdə reabilitasiya tədbirləri həyata keçirir. Hazırda bu tədbirlər paytaxtda reallaşdırılır, amma sonralar regionlarda da tətbiq ediləcək”.
Dövlət komitəsinin rəsmisi vurğulayıb ki, məişət zorakılığı törədən şəxslər məcburi qaydada reabilitasiya keçməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]