SƏDDAM HÜSEYNİN OĞULLARININ YERİ BARƏDƏMƏLUMAT VERƏN ŞƏXS 30 MİLYON DOLLAR ALMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ötən il Səddam Hüseynin oğulları Udeyin və Quseyin gizləndiyi yer barədə İraqdakı ABŞ qoşunlarına məlumat verən şəxs bu günlərdə Birləşmiş Ştatlar hökumətindən təxminən 30 milyon dollar almışdır. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Culi Risayd xəbər vermiş, həmın adamın adını açıqlamamışdır. O şəxsin Səddam Hüseynlə qohumluq əlaqələri olan şeyx Nəvvav əz-Zeydan Məhəmməd olduğu güman edilir.
Xatırladaq ki, Udeyin və Quseyin İraqın şimalındakı Mosul şəhərində əz-Zeydan Məhəmmədin evində gizləndiklərini bilən ABŞ hərbçiləri dərhal evi mühasirəyə alaraq, ağır silahlardan atəşə tutmuşdular. Əməliyyat nəticəsində Udey və Qusey öldürülmüşdülər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]