SƏDDAM HÜSEYNLƏ HƏBSXANADA AMANSIZ RƏFTAR EDİLİR
Həmin telekanalın məlumatına görə, İraqdakı ABŞ administrasiyasının nümayəndələri iyunun 22-də bildirmişlər ki, İraq məhkəmələri Səddam Hüseynin həbsə alınmasına order verdikdən və cinayətkarların İraq hakimiyyət orqanlarına təhvil verilməsini tələb etdikdən sonra ABŞ keçmiş diktatoru, bir neçə digər cinayətkarla birlikdə, İraqın müvəqqəti hökumətinə hüquqi cəhətdən təhvil verəcəkdir. Bu, iyunun 30-da hakimiyyət İraq hökumətinə verildikdən sonra mümkün olacaqdır. Lakin əsirləri, əvvəlkitək, koalisiyanın hərbi qulluqçuları qoruyacaqlar.