“ŞƏFA VANNALARI” SANATORİYASI FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
Naftalanda təcrübəli iş adamı Feyruz Qocayevin şəxsi vəsaiti hesabına tikdirdiyi “Şəfa vannaları” adlı sanatoriya fəaliyyətə başlamışdır. Əsasən oynaq, dəri, əsəb sistemi və sair xəstəliklərin müalicə olunacağı sanatoriyada 20 nəfər təcrübəli həkim və tibb bacısı çalışır. Söhbət zamanı Feyruz Qocayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, hazırda sanatoriyada tikinti işləri davam etdirilir. Növbəti yay mövsümünədək burada bir neçə yardımçı binanın tikintisini başa çatdırmaq nəzərdə tutulmuşdur.