SƏFƏR BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 28-də Qərbi Avropa İttifaqı Assambleyasının – Avropa Təhlükəsizliyi və Müdafiə üzrə Parlamentlərarası Assambleyanın sədri Stef Qorisin Azərbaycana səfərini başa çatdırmışdır.
Qonaqları Heydər Əliyev adına Beynəlxalq hava limanında Milli Məclis Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Namiq Əliyev və digər rəsmi şəxslər yola salmışlar.