Səfir: Azərbaycanın COP29-u uğurla həyata keçirəcəyinə şübhə yoxdur
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycanın COP29-u uğurla həyata keçirəcəyinə şübhə yoxdur. Biz Birləşmiş Ərəb Əmirlikləri olaraq səmimi bir şəkildə öz təcrübəmizi sizinlə bölüşməyə hazırıq.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən “Azərbaycan təbiəti” kitabının təqdimat mərasimində deyib: "Bildiyiniz kimi, bu il Birləşmiş Ərəb Əmirlikləri COP28-ə ev sahibliyi etdi. Bununla da Birləşmiş Ərəb Əmirlikləri sübut etdi ki, təbiəti qorumaq üçün biz birləşə və onun mühafizəsi istiqamətində iş görə bilərik. Hamımız təbiətin dəyərini və onunla harmoniyada yaşamağı bilməliyik".
"Azərbaycan nümayəndə heyətini və Prezident İlham Əliyevi COP28-də qəbul etmək bizim üçün böyük şərəf idi. Eyni zamanda, COP29-un təşkilatçılığı ilə bağlı qardaş ölkə Azərbaycana bildirmək istəyirəm ki, Azərbaycan bu təşkilatçılığı uğurla həyata keçirəcək", - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:18]
AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib
- 27.09.2026 [17:12]
Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub
- 27.09.2026 [16:51]
FHN kollektivi Zəfər parkını ziyarət edib
- 27.09.2026 [16:20]
ETSN kollektivi şəhidlərin xatirəsini anıb
- 27.09.2026 [16:09]
Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub
- 27.09.2026 [16:06]