Səfir: Belçika Orta Dəhliz layihəsinin yaratdığı imkanlardan faydalanmaq niyyətindədir
Bakı, 14 noyabr, Ceyhun Xəlilov, AZƏRTAC
Orta Dəhliz çox mühüm və strateji əhəmiyyət daşıyan layihədir. Çünki o, Asiyanı Azərbaycan və digər region ölkələri vasitəsilə Avropa ilə birləşdirir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon söyləyib.
Səfir bildirib ki, Orta Dəhliz layihəsinin inkişafı üçün çox böyük imkanlar mövcuddur və Avropa İttifaqı, o cümlədən Belçika bu istiqamətdə göstərilən səyləri tam şəkildə dəstəkləyir. “Biz infrastruktur layihələrinin və multimodal daşımaların inkişafına xüsusi önəm veririk. Qarşıdakı illərdə bu marşrut üzrə ticarət həcminin artacağı gözlənilir və düşünürük ki, Belçika da bu prosesdən faydalanacaq”, - deyə J.de Frepon vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]