Səfir: Türkiyə şirkətlərinə Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə investisiya yatırmaqlarını tövsiyə edirik
Bakı, 7 dekabr, AZƏRTAC
Pirallahı Sənaye Parkında Türkiyənin və Azərbaycanın birgə yaratdığı “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsi digər sahələrə də nümunə olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı müəssisənin təməlqoyma mərasimində deyib.
O qeyd edib ki, müəssisənin Azərbaycan İnvestisiya Şirkəti ilə birgə əməkdaşlığı nəticəsində yaradılması əhəmiyyətli və dəyərlidir: “Türkiyəli investorların Azərbaycan İnvestisiya Şirkəti ilə birgə görüşlərini təşkil edirik. Şirkətlərin nümayəndələrinə Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə investisiya yatırmalarını tövsiyə edirik”.
Azərbaycan İnvestisiya Şirkəti “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-də 29 faizlik paya sahibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]