Səfirlik 70 Azərbaycan vətəndaşını Minskdən Bakıya yola salıb
Minsk, 22 mart, AZƏRTAC
Belarusdakı səfirliyimiz ümumi təlimata uyğun olaraq Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün çarter reyslər təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, koronavirusla bağlı martın 16 və 18-də “Belavia” şirkətinin Minsk-Bakı-Minsk istiqamətində nəzərdə tutulan uçuşları ləğv olunduğundan səfirlik təlimata uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları ilə əlaqə saxlayıb. Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın siyahısı tərtib olunub və Bakıya müvafiq qurumlara təqdim edilib. AZAL və “Belavia” şirkətləri ilə aparılmış danışıqlar nəticəsində çarter reyslərin həyata keçirilməsi barədə razılığa gəlinib. Səfirlik tərəfindən martın 21-də “Belavia” şirkətinin həyata keçirdiyi çarter reysi ilə 70 Azərbaycan Respublikası vətəndaşının vətənə qayıtması təşkil olunub. Səfirliyin təşkilatçılığı ilə Baltikyanı ölkələrdən və Polşadan vətənə qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşları da çarter reysi ilə uçmaq məqsədilə Minskə gəliblər. Azərbaycan vətəndaşlarını səfir Lətif Qəndilov və səfirliyin əməkdaşları yola salıblar. Ürək xəstəliyi olan vətəndaşımız Məmmədov Rafiq İman oğlunun Bakıda birbaşa təcili yardım maşını ilə xəstəxanaya aparılması üçün müvafiq əlaqələndirilmə işləri də aparılıb.
Yaxın günlərdə yeni çarter reyslər də həyata keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]
Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]