ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ ƏLİLLƏRİ ÜÇÜN 21 MƏNZİLLİ YAŞAYIŞ EVİ TİKİLİR
Göyçay şəhərində şəhid ailələri və Qarabağ əlilləri üçün 21 mənzilli yaşayış evi inşa edilir. Binanı Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tenderdə qalib gəlmiş “Dolmen” MMC-in inşaat briqadası tikir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, üçmərtəbəli, hər biri iki otaqdan ibarət yaşayış binasının iyul ayında təhvil verilməsi nəzərdə tutulub. Hazırda obyektdə 25 nəfərədək inşaatçı çalışır.
Kollektiv binanı nəzərdə tutulan müddətdə təhvil vermək əzmindədir.