ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ ƏLİLLƏRİ ÜÇÜN MƏNZİLLƏR TİKİLİR
Mingəçevir Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən 24 mənzilli yaşayış binasının tikintisi başa çatır.
İyunda inşasına başlanan daha bir 24 mənzilli bina isə gələn il tamamlanacaqdır. Hər iki obyekti “Qızılqum” firması tikir.
Şəhərdə 300-dən çox şəhid ailəsi yaşayır.