Şəhid övladları Hüseyn Cavidin ev-muzeyində
Bakı, 1 fevral, AZƏRTAC
“Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə şəhid ailələrinin övladları və valideyn himayəsindən məhrum uşaqlar Hüseyn Cavidin ev-muzeyində olublar.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Muzeyin ekspozisiya zalları ilə tanış olan uşaqlar böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyatı, zəngin yaradıcılıq yolu, faciəli taleyi, dram əsərlərinin səhnə təqdimatı və s. haqqında ətraflı məlumat əldə ediblər. Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı viktorina keçirilib, fərqlənən şagirdlərə muzeyin nəşrləri hədiyyə olunub.
Sonda İctimai Birliyin sədri Yeganə Mirzəyeva mədəniyyətimizin təbliğində xüsusi xidmətlərinə görə muzeyin kollektivinə minnətdarlıq edib.