“Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Bakı, 4 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik Təşkilatı tərəfindən “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində “Ürəyi Vətənlə döyünənlər” adlı onlayn tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi gənclərin vətənpərvərlik tərbiyəsinə yönəlmiş tədbirlərin davam etdirilməsi və şəhidlərin tanıdılmasından ibarətdir. Onlayn tədbir “Zoom” proqramı üzərindən izlənilib.
Vətənpərvərlik ruhunda keçirilən tədbirdə Vətən müharibəsi şəhidləri Şahgündüz Cabbarov, Muxtar Qasımlı, Bilal Qənbərov, qardaşlar İman və Bəhram Məmmədzadələr, Məhəmmədəli İbrahimli və Zairli Zahidin ailə üzvləri çıxış edərək xatirələrini bölüşüb və şəhid ailələri adından təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:23]
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
- 04.10.2026 [18:01]
“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib
- 04.10.2026 [17:30]
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
- 04.10.2026 [14:19]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib
- 04.10.2026 [14:01]