Şəhidlərimiz tariximizin ən parlaq səhifəsini yazdılar
Bakı, 20 yanvar, AZƏRTAC
1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın tarixində ən faciəli hadisələrdən biri kimi qalıb.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edən Bakı sakini Qurban Əliyev AZƏRTAC-a müsahibəsində deyib.
Q.Əliyev bildirib ki, imperiya qüvvələrinin 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törətdikləri qanlı terror hadisələri müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının iradəsini, əzmini qırmaq məqsədi daşıyırdı. Lakin onların məkrli niyyətləri baş tutmadı. Həmin gecə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimiz ölümləri ilə ölməzliyə qovuşaraq, tariximizin ən parlaq səhifəsini yazdılar.
Bu faciəli tarix xalqın yaddaşında daim qalmalı və gələcək nəsillər üçün mərdlik dərsi olmalıdır.
20 Yanvar hadisəsindən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]