Şəhidlərimiz təsdiq etdi ki, Azərbaycan təkcə torpaq deyil, həm də Vətəndir
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi bütövlükdə xalqımızın tarixi ilə bağlıdır. Həmin günlərdə faciəli anlar yaşasaq da, Azərbaycanın müstəqilliyi əldə olundu. Bu mənada 20 Yanvar həm də təcrübə tarixidir.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən Sabirabad rayon sakini Zahid Bayramov AZƏRTAC-a müsahibəsində deyib.
20 Yanvar tarixinin istiqlalımızın doğum günü, xalqımızın azadlıqsevərliyinin təsdiqi günü olduğunu vurğulayan Z.Bayramov bildirib ki, bu tarix həm də millətimizin öz gələcək yolunu müəyyənləşdirdiyi gündür.
O deyib: “Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Vətənin azadlığı və suverenliyi uğrunda canından keçə bilir. 20 Yanvar təsdiq etdi ki, Azərbaycan, sadəcə, torpaq deyil, həm də həyatımızı qurban verdiyimiz Vətəndir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]