Şəhidlərimizin şərəfli ömür yolu gənclər üçün vətənpərvərlik nümunəsidir
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar hadisələri xalqımızın qan yaddaşına həkk olmuş azadlıq mübarizəsidir. Həmin gün sovet imperiyası xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizə əzmini qırmaq üçün onlara qarşı misli görünməmiş qətliam törətsə də, haqq səsimizi boğa bilmədi.
Mərd mübarizlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gələn fəal gənc Fidan Böyükbabanlı AZƏRTAC-a bildirib ki, 20 Yanvar qırğını nə qədər acı bir faciə olsa da, bu günü qəhrəmanlıq rəmzi kimi xatırlamalıyıq. Xalqımızın azadlıq uğrunda mübarizəsinin sarsılmaz olduğunu burada uyuyan qəhrəmanlarımız bir daha sübut ediblər. Həmin hadisələrdə şəhid olanlar bizim bacı və qardaşlarımızdır. Onların əziz xatirəsini anmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. F.Böyükbabanlı şəhidlərimizin şərəfli ömür yolunun gənclər üçün vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]