Şəhidlərimizin xatirəsi xalqımız tərəfindən hər zaman ehtiramla yad ediləcək
Bakı, 20 yanvar, AZƏRTAC
1990-cı il yanvarın 20-də dinc əhaliyə divan tutuldu, 147 nəfər günahsız insan qətlə yetirildi. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş hadisələrdən artıq 26 il ötməsinə baxmayaraq bu faciənin qurbanları heç vaxt unudulmayacaq. Şəhidlərimizin xatirəsi xalqımız tərəfindən hər zaman ehtiramla yad ediləcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 20 Yanvar şəhidlərinin xatirəsini anmaq üçün Şəhidlər xiyabanına gələn şəhər sakini Coşqun Həsənov deyib.
O qeyd edib ki, biz gənclər bu hadisələrdən ibrət dərsi götürməli, ölkəmizin azadlığını, müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün əlimizdən gələn hər şeyi etməliyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]