Şəhidlərin Vətən sevgisi nəsillərə örnəkdir
Bakı, 20 yanvar, AZƏRTAC
Şəhidlərin xatirəsini həmişə uca tutacağıq. Onların Vətən sevgisi nəsillərə örnəkdir.
Bu sözləri Şəhidlər xiyabanını ziyarətə gələn Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Pərşan Əliyev AZƏRTAC-a müsahibəsində bildirib.
O deyib: “20 Yanvarda imperiya ordusu Bakıda və digər şəhər və rayonlarımızda dəhşətli cinayətlər törədib, günahsız qanlar axıdıblar. Buna baxmayaraq, xalqımız azadlıq, müstəqillik uğrunda əzmlə, qətiyyətlə mübarizə aparıb. Doğma Vətənin qəhrəman övladları ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalıblar”.
P.Əliyev bu gün müasir müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]