Şəhidlərin xatirəsi daim uca tutulacaq
Bakı, 22 yanvar, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Liseydə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Liseydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu təhsil müəssisəsinin direktoru Mehriban Vəliyeva 20 Yanvar qırğınının dəhşətlərindən bəhs edib, bu hadisənin tariximizin qanlı, eyni zamanda, qəhrəmanlıq səhifəsi olduğunu diqqətə çatdırıb.
Vurğulanıb ki, şəhidlərin xatirəsi daim uca tutulacaq.
Məktəblilər 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya göstəriblər.
Sonra “Yarımçıq xatirələr” filmi nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]