Şəhidlərin xatirəsi müqəddəsdir, onlar ölməzdir
Bakı, 20 yanvar, AZƏRTAC
İyirmi doqquz il əvvəl mərd Vətən oğulları Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban verib şəhidlik zirvəsinə ucaldılar. Onların yolu nəsillərə həmişə nümunə olacaq.
Bu sözləri Şəhidlər xiyabanını ziyarətə gələn Bakı sakini, təqaüdçü Sahib Musayev AZƏRTAC-a müsahibəsində deyib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusu tərəfindən Bakıda və ölkəmizin digər şəhər və rayonlarında günahsız insanların qəddarcasına qətlə yetirildiyini qeyd edən S.Musayev bu faciənin unudulmayacağını söyləyib. O deyib: “Şəhidlərin xatirəsi müqəddəsdir, onlar ölməzdir”.
S.Musayev ölkəmizdə şəhid ailələrinə daim xüsusi diqqət və qayğı göstərildiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]