Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səhnəmizin Kleopatrası
Görkəmli aktrisa Hökümə Qurbanovanın anadan olmasından 100 il ötür VİDEO

Bakı, 10 iyun (AZƏRTAC). Tanrı hər insana bir ömür payı verir və hər kəs öz həyatını yaşayır. Lakin İlahi vergisi olan əsl səhnə adamları başqa bir missiyanı da daşıyırlar. Onlar səhnədə yaratdıqları qəhrəmanlarını həm müasirlərinin, həm də özlərindən sonrakı nəsillərin yaddaşına əbədi həkk edirlər. Bu insanlar sənət ömrünü talelərinin bir hissəsi kimi qəbul etməklə ölməzlik qazanırlar.

Belə yüksək zirvəyə ucalmış sənətkarlardan biri də Azərbaycanın və SSRİ-nin Xalq Artisti Hökümə Qurbanovadır.

O, səhnəyə çıxanda Sona Hacıyeva, Mərziyyə Davudova, Fatma Qədri kimi görkəmli sənətkarlar bu sahədə öz sözlərini desələr də, yeni ifaya ehtiyac yaranmışdı. Belə bir şəraitdə səhnə həyatına qədəm qoyan Hökümə Qurbanova fitri istedadı, gərgin əməyi sayəsində yaratdığı obrazlarla səhnəyə həyatilik, səmimilik, sadəlik gətirmiş, milli teatrımızı respublikamızın hüdudlarından uzaqlarda da təbliğ etmiş, üzərinə düşən estafet missiyasını uğurla başa çatdırmışdır.

İlahi gözəlliyə, zəngin mənəvi aləmə malik aktrisanın yaradıcılığı həm teatr, həm də kino tariximizdə ayrıca bir mərhələni təşkil edir. Qeyri-adi səhnə temperamenti olan, yaratdığı obrazı yüksək intellekti sayəsində mənimsəyən Hökümə Qurbanova qəhrəmanın daxili aləmini tam şəkildə təqdim etməklə tamaşaçıların qəlbinə və düşüncəsinə hakim kəsilməyə, uzun müddət yaddaşlarda qalmasına həmişə müvəffəq olmuşdur. Aktrisa yaratdığı obrazlara elə bir möhür vurmuşdur ki, həmkarları həmin rolları təkrarlamağa cürət etməmişlər. Bu gün də əminliklə deyə bilərik ki, Azərbaycan teatrının xarizmatik aktrisalarından biri olan Hökümə Qurbanovanı təkrar edə biləcək aktrisa yoxdur.

Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarın yaradıcılığı yeni nəsli üçün məktəb olaraq qalmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin “Hökümə Qurbanovanın 100 illik yubileyi haqqında” 2013-cü il 4 mart tarixli Sərəncamı bu fikri bir daha təsdiq edir. Dövlətimizin başçısının Sərəncamında Mədəniyyət və Turizm, Təhsil nazirliklərinə görkəmli sənətkarın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayaraq həyata keçirmək tapşırılmışdır.

Hökümə Qurbanova 1913-cü il iyunun 11-ə Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açmışdır. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Hökümə Qurbanova 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirmiş, 1931-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) oxumuşdur.

Aktyorluq fəaliyyətinə 1933-cü ildə “Azərbaycanfilm” kinostudiyasında başlamış, C.Cabbarlının təşəbbüsü ilə “Almas” filmində Yaxşı rolunda çəkilmişdir. Bu səssiz filmin kadrlarında gənc aktrisanın gözəl çöhrəsi, düzgün üz cizgiləri, mənalı gözləri, məsum və ürkək baxışları sənətkarın obrazı dərindən duymasından xəbər verir.

Sənətdə ilk addımlarını kinodan atmağa başlayan Hökümə Qurbanova sonralar Azərbaycan teatr sənətinin korifey sənətkarlarından birinə çevrilmişdir. O, 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışmışdır.

Aktrisanın ilk rolu “Vaqif” tamaşasında gürcü qızı Tamara olmuşdur. Sonralar Gülbahar (N.B.Vəzirovun “Müsibəti-Fəxrəddin”), Şirin (S.Vurğunun “Fərhad və Şirin”), Afaq (M.Hüseynin “Nizami”), Vəfa (R.Rzanın “Vəfa”), İnci (S.Rəhmanın “Xoşbəxtlər”) və başqa rolları oynamışdır.

Rejissorların diqqətindən heç vaxt kənarda qalmayan Hökümə Qurbanova Abbas Mirzə Şərifzadə, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarlarla birgə işləmişdir. Mehdi Məmmədov aktrisa haqqında “Onun sənət ulduzu” monoqrafiyasını yazmışdır.

Hökümə Qurbanovanın zəngin obrazlar qalereyasına romantik faciə, realist faciə, romantik-dramatik, realist-dramatik, psixoloji-dramatik, tarixi-dramatik səpkili, lirik təmayüllü psixoloji rollar, yumoristik dramatik rolların ən kamil nümunələri daxildir.

Onun yaratdığı Sona (C.Cabbarlının “1905-ci ildə” tamaşası), Xuraman (S.Vurğunun “Vaqif”), Germiona (U.Şekspirin “Qış nağılı”), Xumar (H.Cavidin “Şeyx Sənan”), Süsən (A.Şirvanzadənin “Namus”), Basantasena (Y.Osnos və B.Binnikovun “Hind gözəli”) obrazlarında lirizm, romantik vüsət güclüdür.

Hökümə Qurbanovanın yaradıcılığının əsas mövzusunu qəhrəman, mübariz xarakterli, yüksək bəşəri ideallarla yaşayan güclü insan obrazı təşkil edir. Solmaz (C.Cabbarlının “Od gəlini” tamaşası), Həyat (M.İbrahimovun “Həyat”), Həcər (S.Rüstəmin “Qaçaq Nəbi”), Məryəm (S.Vurğunun “Fərhad və Şirin”), Südabə (H.Cavidin “Səyavuş”), Reyhan (M.Hüseynin “Cavanşir”), Məhmənəbanu (N.Hikmətin “Məhəbbət əfsanəsi”) və başqa xarakterlər bu qəbildəndir. Hökümə Qurbanova cəsarətli və fədakar Arkın (F.Şillerin “Orlean qızı”), amansız kraliça və qadınlıq hisslərinin əsiri Mariya Tüdorun (V.Hüqonun “Mariya Tüdor”), U.Şekspir dramaturgiyasında ən mürəkkəb qadın obrazlarından olan Kleopatranın (“Antoni və Kleopatra”) daxili aləmini ustalıqla aça bilmişdir.

Hökümə Qurbanovanın ifası bədii cəhətdən inandırıcı olub emosionallığı, hisslərin dərinliyi, zəngin ifadə vasitələri plastikası ilə səciyyələnir.

Görkəmli aktrisanın yaradıcılığından danışarkən onun səsini xüsusilə vurğulamaq lazımdır. Nitqinin ahəngində duyulan qəribə titrəyiş və həyəcan həmişə tamaşaçını riqqətə gətirmişdir. İlahi vergisi olan bu səsdən məharətlə istifadə edən aktrisa canlandırdığı qəhrəmanının xarakterini müvəffəqiyyətlə açmışdır.

Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmamışdır. Yaradıcılığı dövründə, demək olar ki, bütün dublyajların baş rollarını o səsləndirmişdir. O, bu gün də ekranlardan düşməyən “Uzaq sahillərdə” filmində Anjelikanı, “Ögey ana”da Dilarəni, “Əhməd hardadır”da Leylanı və s. böyük məharətlə səsləndirmişdir.

Milli səhnəmizin misilsiz faciə aktrisası neçə-neçə kraliça obrazı yaratmışdır. Aktrisanın yaradıcılıq zirvəsində 1964-cü ildə rejissor Tofiq Kazımovun quruluşunda səhnələşən “Antoni və Kleopatra” tamaşası durur. Aktrisa ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvilərdə çarpazlaşan Kleopatra obrazını məharətlə yaratmışdır. Həmin tamaşadan vaxtilə lentə alınmış kadra baxarkən adama elə gəlir ki, Hökümə Qurbanova məhz bu obrazı yaratmaq üçün dünyaya gəlmişdir. Onun ifadəli jestlərinin, mimikalarının, temperamentinin və səsinin vəhdəti qəhrəmanının ehtirasını ustalıqla, eləcə də Uilyam Şekspirin görmək istədiyi səviyyədə nümayiş etdirmişdir. 

Aktrisanın 1956-cı ildə Londonda qastrolda olarkən ifası ingilis rejissorunu belə heyrətləndirmişdir.

Uilyam Şeksprin “Qış nağılı”ndakı Germiona rolunda dəqiqələrlə səhnədə sükut edərək tamaşaçıları və tərəf-müqabillərini heyrətə gətirməyi bacarmışdır.

Hökümə Qurbanovanın “Bir ailə”, “Onu bağışlamaq olarmı?”, “Əmək və qızıl gül”, “İnsan məskən salır” filmlərində çəkildiyi rollar da öz dolğunluğu ilə yadda qalmışdır. “Bir ailə” filmində Leyla rolunu oynayan aktrisa Lyubov Orlova, Mərziyyə Davudova, Kazım Ziya kimi böyük aktyorlarla tərəf-müqabil olmuşdur. “Onu bağışlamaq olarmı” filmində cərrah Kəmalə xanım rolu aktrisanın kinoda oynadığı ən böyük rol olmuşdur. Bu ekran əsərində Hökümə Qurbanova əzəmətli yerişi, oturuşu, zərif və cazibəli hərəkətləri ilə obrazın daxili aləmini məharətlə açmışdır. Həyat tarixçəsini danışan Kəmalə xanımın üzü iri planda göstərilən zaman tamaşaçı onun daxili həyəcanı, keçirdiyi sarsıntıları qəhrəmanla bərabər yaşayır. Kəmalə filmdə az görünsə də, məhz Hökümə Qurbanovanın məharətli ifası ilə yadda qalan obrazlar cərgəsindədir.

Məşhur rəqqas Mahmud Esenbayev haqqında çəkilmiş “Əmək və qızılgül” filmində Hökümə Qurbanova Mahmudun anası rolundadır. Tamaşaçı aktrisanı həm cavan, həm də artıq yaşlaşmış ana rolunda görür. Dəyişməyən bir şey varsa, o da ananın oğluna, onun heç də asan olmayan seçiminə olan münasibətidir. Aktrisa filmdə az görünsə də, yaratdığı obraz uzun müddət yadda qalır.

Hökümə Qurbanovanın “İnsan məskən salır” filmindəki ana rolu bir xarakter kimi yaddaşa həkk olunur. Bütün bunlar aktrisanın böyük istedadından, rolu duymaq və özününküləşdirmək bacarığından irəli gəlir.

Hökümə Qurbanovanın şərəfli ömür yolunda ictimai fəaliyyəti də qeyd olunmalıdır. O, iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Neçə-neçə obrazları yaşadan, yaddaşlara əbədilik həkk edən Hökümə Qurbanova şəxsi həyatında nisgilli məqamları, görkəmli aktyor Ələsgər Ələkbərovla, bir qədər sonra tanınmış rəssam Nüsrət Fətullayevlə evlilik həyatını, ayrılıq anlarını da yaşamalı olmuşdur. Şəxsi həyatındakı uğursuzluqdan bədbinləşməyən aktrisa böyük bir coşqunluqla yaradıcılığını davam etdirmişdir. Ömrünün ahıl çağında isə sevimli qızı, görkəmli aktrisa Vəfa Fətullayevanı itirməsi onun üçün ən böyük dərd olmuşdur.

Hökümə Qurbanova sevimli qızının ölümündən 1 il sonra - 1988-ci il noyabrın 2-də Bakıda vəfat etmişdir. Aktrisa Fəxri xiyabanda dəfn edilmişdir.

Yaradıcılığında Hüseyn Ərəblinskinin, Abbas Mirzənin, Mərziyyə Davudovanın, Sona Hacıyevanın nişanələrini yaşadan Hökümə Qurbanovanın Azərbaycan səhnəsində yeri hələ də boş görünür. O, Azərbaycan teatr tarixində silinməz iz qoymuşdur. Bu gün aktrisalar onun oynadığı rolları canlı görməsələr belə, haqqında yazılanlardan, xatirələrdən öyrənərək ona bənzəmək arzusundadırlar.

Gözəl Ağayeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb