Şəhriyar Məmmədyarov: Məyus olsam da, özümü ələ alıb növbəti oyunlar barədə düşünməliyəm
Bakı, 3 aprel, AZƏRTAC
Bu qarşılaşmada yaxşı oynadım və üstünlük qazanmışdım. Düşünürəm ki, 3-4 gedişdə səhvə yol verməyim rəqibin şansını artırdı”.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 3-də “Shamkir Chess 2019” superturnirinin üçüncü turunda Hindistan təmsilçisi Vişvanatan Ananda uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov partiyadan sonra mətbuat konfransında deyib.
Görüşdə qalib gəlmək şanslarının yüksək olduğunu vurğulayan şahmatçımız bildirib: “Məyus olsam da, özümü ələ alıb, növbəti oyunlar barədə düşünməliyəm”.
Keçmiş dünya çempionu Vişvanatan Anand isə partiyanın o qədər də maraqlı alınmadığını bildirib. Oyunun əvvəlində çoxlu səhv gedişlər etdiyini bildirən şahmatçı deyib. “Düşünürəm ki, məntiqlə oynadım. Rəqib oyuna yaxşı başlasa da, eyni templə davam edə bilmədi. Belə güclü yarışda hər bir tur bizim üçün çox önəmlidir. Buna görə də qələbə qazanmağım məni çox sevindirir. Mübarizə hələ irəlidədir”.
Üç turdan sonra V.Anandın 1,5, Ş.Məmmədyarovun isə 1 xalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata latiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]