Şəhriyar Məmmədyarov Veyk-an Zee şahmat turnirindən imtina edib
Bakı, 17 dekabr, AZƏRTAC
Yanvarın 15-31-də Niderlandda mötəbər yarışlardan hesab olunan Veyk-an Zee şahmat turnirində (“Tata Steel Chess 2021”) Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, şahmatçımız ənənəvi superturnirin təşkilatçılarını yarışda iştirak edə bilməməsi ilə bağlı məlumatlandırıb. Ş.Məmmədyarovu hindistanlı Pentala Harikrişna əvəz edəcək. Səksən üçüncü dəfə keçiriləcək budəfəki yarışa 14 şahmatçı qatılacaq. Belə ki, turnirdə dünya çempionu Magnus Karlsen, Aryan Tari (Norveç), Fabiano Karuana (ABŞ), Yan Nepomnyaşi, Daniil Dubov, Andrey Yesipenko (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Aniş Giri, Jorden Van Forest (Hollandiya), Alireza Firuzca (FİDE), Yan Kşiştov Duda (Polşa), Anton Quixarro (İspaniya) və Nodirbek Abdusattorov (Özbəkistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, ötən il şahmatçılarımız bu yarışın B və C turnirlərində iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]