Şəki gəncləri dünyaya erməni vəhşilikləri barədə məlumat yayırlar
Şəki, 31 mart (AZƏRTAC). Şəki Şəhər Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən vətənpərvərlik klubu martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı internet aksiyası keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Şəki Turizm İnformasiya Mərkəzində keçirilən tədbirdə şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov bildirmişdir ki, məqsədi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər və soyqırımı siyasəti barədə gəncləri məlumatlandırmaq, erməni terrorizmi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Aksiya çərçivəsində şəkili gənclər internet vasitəsilə dünyanın müxtəlif ölkələrinə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlara, xarici xəbər agentliklərinə, tanınmış internet səhifələrinə, gənclər təşkilatlarına, xarici ölkə vətəndaşlarına - ümumiyyətlə, 5 minə yaxın elektron ünvana ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı ilə bağlı ingilis dilində müxtəlif məlumatlar göndərəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]