ŞƏKİ OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ GƏNCLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLMİŞDİR
Şəki Şəhər Gənclər, İdman və Turizm İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müvafiq nazirliyin, respublika Gənclər Təşkilatları Milli Şurasının, Beynəlxalq Mətbuat Klubunun təşkilatçılığı ilə keçirilən bu kurslarda Sumqayıt, Gəncə, Şəki, Mingəçevir şəhərlərindən, Balakən, Zaqatala, Qax, Quba, Qusar və digər rayonlardan gəlmiş gənclər iştirak edirdilər. Tədbirin məqsədi gənclərlə işi müasir tələblərə uyğun şəkildə qurmaq, onları mədəniyyətlərarası əməkdaşlığa daha fəal cəlb etmək və regionların gənclərinin dinc yanaşı yaşamaqda rolunu artırmaq idi.
Üç gün ərzində dinləyicilərə mədəniyyətlərarası əməkdaşlıq və dinc yanaşı yaşamaq sahəsində Avropa Şurasının qabaqcıl təcrübəsinə dair məşğələlər keçilmişdir.
Kursların sonunda dinləyicilərə sertifikatlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]